Logo

Ağdaş məktəbində RƏZALƏT: Müəllimlər valideyni döydü - İDDİA

19.05.2022 13:23 1757 baxış
IMG

Ağdaş rayon Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verib.

"Tehsil.biz"in redaksiyasına daxil olan məlumata görə, ibtidai sinif müəllimləri həmin məktəbdə təhsil alan uşaqların nənəsini döyűb, ona xəsarət yetiriblər.

Daxil olan məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi uşaqları dərsə hazır olmadıqları üçün təhqir edir, səbəbini soruşduqda isə "əcəb edirəm, sən kimsən?!" cavabını verir: "Məktəb rəhbərliyinə məlumat verilib, amma cavab yoxdur. Direktor Rafiq Haşımov "baş qoşmayın, boş verin" deyir. Nəticədə iki bacı birgə orada təhsil alan uşaqların 62 yaşlı nənəsini döyűb xəsarət yetiriblər. Buna şahid olan müəllimlər valideyni hadisə törədən müəllimlərin əlindən xilas etsələr də, indi isə hər şeyi təkzib edirlər. Xəsarət alan 62 yaşlı valideyn, evdə çarəsiz vəziyyətdə qalıb. Rəhbərlik hər şeyi inkar edir. Polis də işì araşdırır".

İddiaçının sözlərinə görə, hadisə direktor otağının qapısı önündə baş verib və hadisəyə polisin qarışması səbəbindən məktəbdə kamera görüntüləri silinib.

Xəbər lenti