Logo

“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər

19.05.2022 13:50 358 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin sertifikat və medalına layiq görülüblər.

Tehsil.biz xəbər verir ki, “Sabahın alimləri” XI respublika müsabiqəsinin qalibləri kimi adıçəkilən müsabiqədə iştirak hüququ qazanmış liseyin XI sinif şagirdləri Nigar Namazova və Lalə Hüseynova mühəndislik, X sinif şagirdləri Ərhan İbrahimli biologiya, Ayaz Ömərli isə ekologiya üzrə hazırladıqları elmi-tədqiqat işlərini dünyanın 85 ölkəsindən qatılmış şagirdlərlə birgə təqdim ediblər. Ümumilikdə Azərbaycanı müsabiqədə 7 layihə ilə 12 şagird təmsil edib.

Qeyd edək ki, X sinif şagirdi Ərhan İbrahimli və Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Özləm Əhmədlinin BDU-nun Biologiya fakültəsində yerinə yetirilən “Hidropon sistemdən istifadə etməklə və induktorların (fitohormonların) iştirakı ilə bitkilərin yeni becərilmə texnologiyası” layihəsi Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahov və Botanika və Bitki fiziologiyası kafedrasının laboratoriya müdiri, mütəxəssis alim Kəmalə Əsədovanın rəhbərliyi ilə hazırlanıb.

Xəbər lenti