Logo

BMU-da elmi seminar keçirilib

19.05.2022 15:59 287 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının təşkilatçılığı ilə “Enerji çevrilmələrində aşağı enerjili neytrinonlardan istifadə perspektivləri və onların defektə olunma imkanları” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə məruzəçi qismində AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, BMU-nun Fizika kafedrasının müəllimi Vəli Hüseynov təqdimatla çıxış edib. Seminarın təşkilində yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirən Vəli Hüseynov qeyd olunan mövzuda aparılan elmi-tədqiqat işinin əsas məqsədinin enerjinin ötürülmə mexanizmini aydınlaşdırmaq, səpilən neytrinonların enerjisinin dəyişmə qanunauyğunluğunu üzə çıxarmaq və aşağı enerjili neytrinonların detektə olunma imkanlarını müəyyənləşdirmək olduğunu bildirib.

Professor təqdimatında tətbiq olunan Feynman diaqram texnikası metodu, Dəqiq dalğa funksiyası metodu və Kvant sahə nəzəriyyəsinin müxtəlif hesablama metodlarından ətraflı danışıb, həmçinin xarici maqnit sahəsində prosesin öyrənilmə səviyyəsi barədə də məlumat verib.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti