Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Kafedrasının baş laborantı, mammoloq-cərrah Zeynalova Sahibə Məhəmməd qızı qəfil vəfat edib.
Bu barədə "Tehsil.biz"ə ATU-nun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 41 yaşlı S.Zeynalova hər hansı xəstəlikdən əziyyət çəkməyib:
“Onun hansısa bir xəstəliyi olmayıb. Elə gecə yatıb səhər durmayıb”.