Logo

BDU kollektivi DTX-nin “Şöhrət” muzeyini ziyarət edib - FOTO

19.05.2022 17:10 540 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi və professor-müəllim heyəti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, BDU kollektivi əvvəlcə Ulu öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Sonra “Şöhrət” muzeyində Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostend və eksponatlarla tanış olublar. “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları dahi şəxsiyyətin şərəfli həyat və fəaliyyətini, xalqımızın tarixində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatları əks etdirir.

Məlumat verilib ki, 2006-cı il mart ayının 27-də “Şöhrət” muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak edib. İndiyədək muzeyi 40 minə yaxın insan ziyarət edib.

BDU-nun rektoru Elçin Babayev Ulu öndər, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Universitetin ən böyük məzunu olduğunu bildirib. Qeyd edib ki, dahi liderin şərəfli ömür yolunun öyrənilməsinə böyük ehtiyac var. Rektor həmçinin BDU-nun Heydər ƏIiyev muzeyi ilə “Şöhrət” muzeyinin, eləcə də DTX-nın Akademiyası ilə BDU-nun müxtəlif fakültələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini vurğulayıb.

H. Əliyev adına DTX Akademiyasının rəisi general-mayor Allahverən İsmayılov ali məktəblərin fraqmanı olan BDU-nun əməkdaşlarını Akademiyada görməkdən şad olduğunu bildirib. O, DTX Akademiyası ilə BDU-nun Hüquq, Tətbiqi riyaziyyat və kibernetika fakültələri arasında əməkdaşlıq imkanları olduğunu vurğulayıb.

Sonda BDU-nun rektoru Elçin Babayev Muzeyin “Xatirə kitabı”na ürək sözlərini yazıb və Universitet adından Muzeyin fonduna kitablar hədiyyə edib.

Xəbər lenti