Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

19.05.2022 17:39 288 baxış
IMG

19 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

Həmçinin iclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər. Onların hər biri əvvəlki iclaslarda təqdim edilmiş meyarlar əsasında onlara tapşırılmış dərsliyin elmi‑metodik monitorinq nəticələrini təqdim edib. Onlara qapalı, cavabı kodlaşdırıla bilən açıq tipli və mənbə əsasında yazılı şəkildə cavablandırılması tələb edilən tapşırıqların yazılması da tapşırılıb.

Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər lenti