Logo

BDU-da konfrans: “Kimya və kimya texnologiyası"

19.05.2022 19:35 512 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı Respublika elmi konfransı keçirilir.

Tehsil.biz xəbər verir ki, konfransı giriş sözü ilə açan BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz xidmətlərindən danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Fuad Kərimli konfransın kimya elmi üzrə prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant və tələbələrin tədqiqatlara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin müzakirə edilməsi baxımından əhəmiyyətli olacağını qeyd edib.

Konfransda akademik Vaqif Fərzəliev, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri Əli Zalov və Bakı Mühəndislər Universitetinin Pedaqoji fakültəsinin dekanı Elşad Abdullayev çıxış ediblər. Konfransın plenar iclasında BDU-nun Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanovun və AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin məruzələri dinlənilib.

Konfrans öz işini 4 bölmədə davam etdirir.

Xəbər lenti