Logo

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi qeyd ediləcək

19.05.2022 20:08 317 baxış
IMG

25 may 2022-ci il tarixində Dövlət Uşaq Filarmoniyası yubiley konserti ilə çıxış edəcək.

Tehsil.biz xəbər verir ki, konsertdə “Şəms” uşaq xoru, Vokal sinfi, “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər rəngarəng musiqi nömrələrilə çıxış edəcəklər. Bundan başqa “Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi də nümayiş olunacaq.

Proqramda Azərbaycan, Rus və Qərbi-avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnı və rəqsləri səslənəcək.

Xəbər lenti