Logo

ADU-da “Şuşa – Azərbaycanın mədəniyyət beşiyi” adlı tədbir keçirilib

19.05.2022 21:12 312 baxış
IMG

Azərbaycan Dillər Universitetində “Şuşa İli” ilə bağlı tədbirlər planı çərçivəsində “Şuşa – Azərbaycanın mədəniyyət beşiyi” adlı tədbir keçirilib.

ADU-dan bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru akademik Kamal Abdulla Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olduğunu, Şuşa sevgisinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu diqqətə çatdırıb. “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Şuşa bizim tarixi şəhərimiz, qədim mədəniyyət ocağımızdır. Bu diyar Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib”, - deyə rektor bildirib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Qarabağ bölgəsi əhalisinin geyim mədəniyyətini haqqında ətraflı məlumat verib. O, eyni zamanda, Qarabağın geyim mədəniyyətinin tam elmi-etnoqrafik təhlilini, təsvirini, şərhini fotosənədlər və slaydlar vasitəsilə diqqətə çatdırıb.

Universitetin Filologiya fakültəsinin Fransız dili və ədəbiyyatı ixtisası üzrə I, III və IV kurs tələbələri Qarabağ geyimlərinin tarixi təkamül və inkişaf mərhələlərini, keyfiyyət dəyişikliklərini milli geyimlər vasitəsilə nümayiş etdiriblər.

Tələbələr Qarabağ mədəni irsini və tarixini əks etdirən nümunələr əsasında stend təqdim ediblər.

Xəbər lenti