Logo

TKTA-nın ekspert qrupu beynəlxalq konfransda təmsil olunub

19.05.2022 21:24 250 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspert qrupu Avropa Universitetlər Assosiasiyasının təşkil etdiyi “Tanınma diqqət mərkəzində” konfransında iştirak edib.

TKTA-dan bildirilib ki, “Tanınma diqqət mərkəzində” konfransının əsas müzakirə mövzusu tanınma prossesində Lissabon Tanınma Konvensiyasının tələblərinə riayət edilməsinə dair müzakirələr və təlimlərin keçirilməsindən ibarət olub. Konfransda Avropa təhsili üzrə ekspertlər ali təhsil sənədlərinin tanınması və təhsil mövzularında müxtəlif ölkələrin təcrübələrini paylaşıb və fərqli proqramlar üzrə əldə edilən xarici kvalifikasiyaların tanınması prosesi zamanı diqqət yetirilməli məqamları iştirakçıların diqqətinə çatdırıblar.

Konfrans çərçivəsində Alman Rektorlar Konfransının “MODUS”, Norveçin Təhsildə Keyfiyyət üzrə Milli Təşkilatının “Arena Pathway” layihəsi təqdim olunub.

Qeyd edək ki, konfransda agentliyin Kvalifikasiyaların tanınması şöbəsinin müdiri Aysel Kərimli və şöbənin əməkdaşı Lalə Məmmədova plenar və sessiya iclaslarında aktiv iştirak ediblər, təşkil olunan təlimlərdən faydalı məlumatlar alıblar. Avropa ölkələrinin xarici kvalifikasiyaların tanınması sahəsindəki təcrübəsi ilə yaxından tanış olublar.

Xəbər lenti