Logo

Təhsil Tələbə Krediti Fondunun əməkdaşları BAU-nun tələbələri ilə görüşüb

19.05.2022 21:38 319 baxış
IMG

Bu gün Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Baki Avrasiya Universitetinin tələbələri ilə görüş keçirib. 

Tehsil.biz xəbər verir ki, görüşdə BAAU-nun  tədrisin təşkili departamentinin rəhbəri, professor Mənsim Məmmədov çıxış edərək görüşün mahiyyətini, xüsusən də tələbələri təhsil tələbə krediti ilə bağlı maraqlandıran bir çox nüanslara aydınlıq gətirib. O qeyd edib ki, tələbələr müxtəlif kateqoriyalara bölünərək bu imtiyazlardan istifadə edə biləcək. Bununla bağlı dekanlıqlarda və tədris şöbəsində işlərin aparıldığını bildirib.

Daha sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfov ilk öncə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-nun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditinə müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib.

Görüşdə elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirilib, mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.

Xəbər lenti