Logo

Sertifikatlaşdırma ilə bağlı görüş keçirilib - FOTOLAR

19.05.2022 23:37 1224 baxış
IMG

Mayın 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təhsil ekspertləri, blogerlər və media nümayəndələri ilə məlumatverici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti, test imtahanı və müsahibə mərhələlərinin təşkili, cəlb olunan heyətlə bağlı təqdimatla çıxış edib. Nurlan İsmayılbəyli sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafında, gələcəkdə həyata keçiriləcək əməyin stimullaşdırılması tədbirlərində nəzərə alınacağını diqqətə çatdırıb.

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov sözügedən proseslə bağlı qanunvericiliyə edilən dəyişikliklər, sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə müsbət təsirini qeyd edib.

Görüşdə iştirak edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırma prosesi ilə bağlı beynəlxalq təcrübənin araşdırıldığını diqqətə çatdırıb, test imtahanı və müsahibə mərhələsinin məzmunu ilə bağlı məsələlər barədə danışıb. 

Sonda görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, təhsil ekspertlərinin, bloger və media nümayəndələrinin sertifikatlaşma prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti