Logo

Məktəblilər Mərkəzi Elmi Kitabxanaya ekskursiya ediblər

20.05.2022 09:03 110 baxış
IMG

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin bir qrup şagirdi AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.

Bu barədə MEK-dən məlumat verilib.

Bildirilib ki, MEK-in icraçı direktoru dosent Şəhla Tahirqızı kitabxananın təkcə oxuyub maariflənmək üçün deyil, həm də mənəvi zənginlik ocağı olduğunu qeyd edib.

Ekskursiyaya oxucu qeydiyyatından başlayan məktəbliləri MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova kitabxana haqqında ətraflı məlumatlandırıb. Daha sonra şagirdlər Sərgi salonu, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, “Akademiklər” zalında müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıb, “Nadir və qiymətli nəşrlər” şöbəsi, həmçinin kitab fondları ilə tanış olublar.

Məktəblilər Azərbaycan kitabxana sistemində ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunda ulu öndər Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkillərindən ibarət guşələrə baxıb, burada sərgilənən dəyərli nəşrlərə nəzər yetirib, həmçinin “Zəfər memarları”, “Biz qalib xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərlə tanış olublar.

Sonda MEK tərəfindən məktəbin kitabxanasına nəşrlər hədiyyə edilib.

Xəbər lenti