Logo

ADPU-da “İon mübadilə reaksiyaları” mövzusunda qeyri-standart açıq dərs keçirilib

20.05.2022 09:15 490 baxış
IMG

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Rumiyyə Camalovanın Kimya müəllimliyi ixtisasının KİM1903K qrupunda “İon mübadilə reaksiyaları” mövzusunda açıq dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, dərs müasir və yüksək təlim texnologiyaları,  rəqəmsal bacarıqlar tətbiq olunmaqla həyata keçirilib. Tələbələr altı şlyapa düşüncə metodu, sinkveyn, əlifbalı beyin həmləsi, zehin xəritələri, simulyasiya, rollu oyunlar və s. üsullar nümayiş etdirməklə keçirilən mövzunu  tam mənimsəyiblər. 

Dərs tədqiqatyönümlü və qeyri-standart olması ilə fərqlənmişdir. Müəllim düşündürücü situativ suallardan istifadə etməklə inteqrativliyi təmin edib. Tələbələr Kolbun “təcrübə + təlim”  modeli əsasında təcrübədən nəzəriyyəyə və praktikaya yönələn səriştələrə yiyələnib. Maraqlı məqam zəhərliliyi və təhlükəsi ilə seçilən kimyəvi reaksiyaların  virtual laboratoriyada  nümayiş etdirilməsi olub. 

Açıq dərsdə kafedra müdiri dos. R.Ağayeva, kafedranın müəllimləri dos. G.Şəfaqətova, k.ü.f.d. G.Şadlinskaya, k.ü.f.d. N.Babayeva, k.ü.f.d. A.Tomuyeva, dos. V.Qurbanova və k.ü.f.d. A.Hacıyeva iştirak ediblər. 

Dərsin akademikliyi, metodikası, tələbələrin sosial və emosional sferası yüksək qiymətləndirilib.

Xəbər lenti