Logo

Şagirdlər üçün UFAZ-da təhsillə bağlı Tanışlıq tədbiri baş tutub

20.05.2022 09:44 372 baxış
IMG

Mayın 19-da Azərbaycan-Fransız Universitetində Bakı Fransız Liseyi və 132-134 nömrəli təhsil kompleksi şagirdləri üçün UFAZ-da təhsillə bağlı Tanışlıq tədbiri baş tutub.

Tehsil.biz xəbər verir ki, qonaqlar əvvəlcə universitetin əsas korpusu ilə tanış olub və məlumat sessiyasında iştirak ediblər. Burada onlara UFAZ-a qəbul qaydaları və şərtləri, qeydiyyat prosedurları və universitetdəki tədris imkanları barədə məlumatlar verilib.

Bakı Fransız Liseyinin direktoru Philippe Cirot və 132-134 nömrəli məktəbin dirketoru Sara Xanlarova şagirdlər üçün hazırlanmış tanışlıq tədbirinə görə təşəkkür ediblər. Daha sonra şagirdlərin və müəllimlərin sualları cavablandırılıb.

Məlumat sessiyasından bitdikdən sonra şagirdlər UFAZ-ın elmi laboratoriyaları olan korpusuna baş çəkiblər. Onlar kimya, fizika, geofizika, kompüter elmləri üzrə fərqli laboratoriyalarda tədris şəraiti ilə əyani tanış olaraq, yerli və Fransadan olan müəllimlərin hazırladıqları müxtəlif təcrübələrdə iştirak ediblər.

Xəbər lenti