Logo

Sertifikatlaşdırmanın müsahibə mərhələsində ballar necə hesablanır? - İZAH

20.05.2022 10:08 1368 baxış
IMG

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilməklə maksimum bal 40 (qırx) bal olaraq müəyyənləşdirilib 

Qeyd edək ki, sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış, müsahibə mərhələsində isə azı 20 (iyirmi) bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunur. 

Fəqan Əzimli

Xəbər lenti