Logo

ADPU-nun Şamaxı filialında tədbir keçirilib

20.05.2022 12:02 509 baxış
IMG

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha yox deyirik!” adlı maarifləndirici tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazisi Hacı Mərəhmət Mustafayev, Dini Qurumlar üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbə müdiri Elnur Mehdiyev, filialın direktoru, dosent Tünzalə Yusifova, universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə filialın direktoru dos. T.Yusifova açaraq bu tip maarifləndirici tədbirlərin keçirilməsininin mahiyyəti  və müzakirə mövzusu olan  mənfi hallara qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən bəhs edib. 

Daha sonra çıxışlarda dini radikalizm və ekstremizmin cəmiyyətimizə vurduğu ziyandan, erkən nikahların dövrümüzün böyük problemlərindən biri olmasından və zərərli vərdişlərin insanların sağlamlığına mənfi təsirindən danışılıb, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırılıb.

Respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da zərəli vərdişlər, erkən nikah və dini radikalizmə qarşı mübarizənin hər zaman diqqət mərkəzində olduğunu, tez-tez bu yönümdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıblar.

Çıxışların ardınca tədbir diskussiya formasında davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti