Logo

Tarix fakültəsinin tələbələri Milli İncəsənət Muzeyinə ekskursiya ediblər

20.05.2022 13:09 321 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər.

Tehsil.biz xəbər verir ki, fakültənin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı və könüllülərinin təşkilatçılığı ilə keçirilən ekskursiya zamanı tələbələr muzeylə tanış olub, Azərbaycanın qədim mədəniyyətinə dair eksponatları təhlil ediblər.

Muzeyin girişində rəssam Mikayıl Abdullayevin əsərlərindən ibarət sərgi də tələbələrin böyük marağına səbəb olub.

Xəbər lenti