Logo

20 may - Ümumdünya Travmatoloq Günüdür

20.05.2022 14:01 413 baxış
IMG

Hər il mayın 20-si Ümumdünya Travmatoloq Günü qeyd edilir.

Dünyada insanların travma xəsarətləri alması çox geniş yayılıb. Travmalardan qorunmaq üçün sağlamlığın qeydinə qalmaq, evdə, işdə, istehsalatda çalışarkən, nəqliyyat vasitələrini idarə edərkən və idmanla məşğul olan zaman təhlükəsizlik qaydalarına diqqət etmək vacibdir.

Yol-nəqliyyat hadisələri, suda batma, yanma, yıxılmalar və zəhərlənmələr insanların sağlamlığına və həyatına ciddi təhlükə törədir. Bu gün aparılan maarifləndirmə kampaniyalarında bir daha vurğulanır ki, travmatizmin profilaktikası tədbirləri hər gün yüzlərlə həyat xilas edə bilər.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu istiqamətdə əhali arasında geniş təbliğat aparılır, maarifləndirmə materialları çap edilərək paylanılır, social çarxlar çəkilir.

Xəbər lenti