Logo

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ

20.05.2022 14:46 351 baxış
IMG

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına  qəbul imtahanı (II cəhd) mayın 29-da keçiriləcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. .

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

Xəbər lenti