Logo

ADPU-da Layihələrin maliyyələşmə imkanı mövzusunda seminar keçirilib

20.05.2022 15:01 266 baxış
IMG

Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələlər üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Beynəlxalq layihələr və qrantlar şöbəsinin və Təlim-tədris Mərkəzinin təşəbbüsü ilə müəllimlər üçün nəzərdə tutulan “Layihələrin maliyyələşmə imkanı (Yerli donorlar, Beynəlxalq donorlar, Avropa Birliyinin proqramları- ERASMUS+ HORİZON)” adlı onlayn seminar təşkil olunub. 

Tehsil.biz xəbər verir ki, seminarda şöbənin müdiri Mehparə Əhmədova, əməkdaşlardan Gülnar Dəmirova,  Müjgan Əliyeva təlimçi qismində çıxış ediblər.

Xəbər lenti