Logo

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

20.05.2022 15:17 224 baxış
IMG

20 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib

Tehsil.biz xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

Həmçinin iclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər. Onların hər biri əvvəlki iclaslarda təqdim edilmiş meyarlar əsasında onlara tapşırılmış dərsliyin elmi‑metodik monitorinq nəticələrini təqdim edib. Onlara qapalı, cavabı kodlaşdırıla bilən açıq tipli və cavabı yazı ilə ifadə olunan situasiya tapşırıqların yazılması da tapşırılıb.

Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər lenti