Logo

ADU-da “Idioms Week” (“İdiomlar həftəsi”) adlı sərgi keçirilib

20.05.2022 15:48 290 baxış
IMG

Azərbaycan Dillər Universitetində  universitetin Təhsil 1 fakültəsinin 311A, 311B və 312A qrup tələbələri tərəfindən “İdioms Week” (“İdiomlar həftəsi”) adlı sərgi keçirilib.

Tehsil.biz xəbər verir ki, Filologiya fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimi Günay Bağırovanın təşkilatçılığı ilə keçirilən sərgidə ingilis idiomları əks olunmuş divar qəzetləri nümayiş  edilib.

Tələbələr rəng, heyvan, qida, pul  və müxtəlif emosiyaları ifadə edən idiomlara uyğun şəkillər çəkərək öz bədii bacarıqların təqdim ediblər.
Sonda  tələbələr və müəllimlər lövhələrə yaxınlaşaraq sərgilənən idiomlarla tanış olub və birlikdə bu idiomları müzakirə ediblər.

Xəbər lenti