Logo

"Məktəbdə...” layihəsi çərcivəsində növbəti görüş keçirilib

20.05.2022 16:08 95 baxış
IMG

“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseydə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı oftalmoloq, tibb elmləri doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, şair Paşa Qəlbinur olub.   

Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə P.Qəlbinur özünün məktəb illəri,  ona dərs deyən müəllimlərinin həyatındakı rolundan, seçdiyi peşədə uğur qazanmasına səbəb olan amillərdən danışıb. Qonaq məktəblilərə gələcək təhsil pillələri, ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən suallara aydınlıq gətirib. 

Məktəblilərlə görüş Baku TV onlayn televiziyası və AzEdu Təhsil Portalı tərəfindən də işıqlandırılıb.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti