Logo

ASAPES tələbələri “Şöhrət” muzeyində olublar - FOTO

20.05.2022 17:44 305 baxış
IMG

Ulu Öndər Heydər Əliyevin peşəkarlıq irsinin, həyat və fəaliyyətinin öyrənilməsi məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tələbələrinin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyaları təşkil olunub.

Tehsil.biz xəbər verir ki, “Şöhrət” muzeyində olan unikal sənədlər və arxiv materialları maraqla izləyən tələbələr Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, xalqımızın tarixində yer aldığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarıdakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatları haqqında məlumatları özündə əks etdirən nümunələrlə tanış olublar.

Xəbər lenti