Beynəlxalq konfransın iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib.
Tehsil.biz xəbər verir ki, Beynəlxalq konfransın bağlanış tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iki gün keçirilən tədbirin əhəmiyyətini qeyd edib. İştirakçılara təşəkkür edərək müzakirə olunan mövzuların perspektivliyini diqqətə çatdırıb. Qeyd edib ki, postmünaqişə mövzusu birgədüşünməyə vadar edir. Ümid edirəm ki, müzakirə edilən məsələlər öz müsbət nəticəsini verəcək.
Daha sonra qonaqlar üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib. Qonaqlar şəhərin dağıdılmış obyektləri, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar.
Beynəlxalq konfrans çərçivəsində həmçinin mədəni proqram da təqdim olundu. Proqramda Azərbaycan xalq rəqsləri, muğam və xalq musiqisi nümünələri təqdim edilib. Xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti ilə tanış olublar.