Logo

Məktəb direktorları ilə keçirilən seminar-görüşlər başa çatıb

20.05.2022 19:43 351 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəb direktorları üçün “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda keçirilən seminar-görüşlər başa çatıb.

Tehsil.biz xəbər verir ki, Sabunçu, Pirallahı, Səbail, Yasamal, Qaradağ və Xəzər rayonlarını əhatə edən seminar-görüşlərdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, sektor müdirləri Fuad Babayev, Anar Mustafazadə, Səccət Mahmudov, Sevinc Rəsulova və Bəşarət Məmmədov fəaliyyətin təşkili, illik hesabatların hazırlanma mexanizmləri və məktəbdaxili qiymətləndirmə, xüsusi hallar, təhsil müəssisələrində təsərrüfat, təminat və təchizat işinin təşkili, vətəndaş məmnunluğu: kargüzarlıq və sənədlərlə iş, ictimaiyyətlə əlaqələr işinin səmərəli təşkili və vahid informasiya mübadiləsinin təmin olunması mövzularında təqdimatlarla çıxış ediblər.

Eyni zamanda seminar-görüşlərdə məktəb mühiti, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, istedadlı şagirdlərlə iş, qarşılıqlı informasiya mübadiləsinin təşkilində qarşıya çıxan problemlərin həlli,  təmayülləşmə və valideynlərlə işin qurulması məsələlərinə də toxunulub.

Sonda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Xəbər lenti