Logo

AzMİU-nun tələbəsinin fərdi yaradıcılıq sərgisi açılıb

20.05.2022 20:46 294 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi Hümbət Kərimlinin fərdi sərgisi  açılıb.

Tehsil.biz xəbər verir ki, bu günə qədər müxtəli müsabiqələrdə iştirak edən gənc rəssamın universitetdə təşkil olunan ilk sərgisində 75 əsəri təqdim olunub. 

Açılış mərasimində AzMİU-nun Tarix muzeyinin direktoru Gülmira Məmmədova gənc rəssam barədə məlumat verib, onun Bakı şəhərində keçirilən müxtəlif rəsm müsabiqələrində iştirak etdiyini, diplom və mükafatları olduğunu bildirib. G.Məmmədova Hümbətin gələcəkdə avtomobil dizayneri olmaq arzusundan da danışıb. 

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva bu gün rəssamlığa maraq göstərən istedadlı tələbələrimizin çoxluğunu, Hümbətin də həmin gənclərdən biri olduğunu qeyd edib. Prorektor gənc fırça ustasını təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova universitetdə gənclərə yaradılan şəraitdən danışıb, maşınlara  böyük marağı olan, maşın rəsmlərinə özünəməxsus dizayn verən gənc rəssama gələcəkdə tanınmış avtomobil dizayneri olmağı arzulayıb.  

Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, iştirakçılar sərgi ilə tanış olublar. Tələbə rəssamın zəngin rəng koloriti, maraqlı kreativ ideyaları ilə seçilən rəsm əsərlərində müxtəlif markalı maşın təsvirləri üstünlük təşkil edir. 

Xəbər lenti