Logo

Biologiya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

21.05.2022 10:34 226 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Biologiya fənni üzrə moderator Əliyeva Nailə ali təhsil müəssisilərinə qəbul imtahanı üçün situasiya tapşırıqlarına və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kursunun beşinci məşğələsi növbəti həftə keçiriləcək.

Xəbər lenti