Logo

MİQ və Sertifikasiyaya hazırlaşanlar üçün fizika fənni üzrə seminar təşkil edilib - FOTOLAR

21.05.2022 10:48 123 baxış
IMG

MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 18 may tarixində fizika fənni üzrə seminar təşkil edilib.  

Tehsil.biz xəbər verir ki, 240 nömrəli tam orta məktəbdə keçirilən seminarda ARTİ MDPİM-in rəhbəri Nəzakət Mehdiyeva giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, onlara öz tövsiyələrini verib və qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb. 

Ardınca “İlin müəllimi” müsabiqəsinin qalibi, “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Sona Hacılı fizika fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verib, eyni zamanda  seminar iştirakçılarını fizika ixtisası üzrə MİQ imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə tanış edib.

Daha sonra “İstedadlı şagird üçün istedadlı müəllim” olimpiadasının qalibi Namiq Süleymanov əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələrini təqdim edərək izahatlar verib. Sona Hacılı təqdim olunan nümunələr əsasında həmin sualların hansı bilik və bacarıqların ölçülməsinə əsaslandığını vurğulayıb.

Qeyd edək ki, seminarda Bakı, Abşeron, Sumqayıtla yanaşı, Ağstafa, Bərdə, Göygöl, Siyəzən və Qobustandan müəllim və müəllim olmaq istəyən şəxslər  iştirak edib. Seminarın müddəti 2 saat nəzərdə tutulsa da, iştirakçıların istəyini nəzərə alaraq görüş 3 saatadək davam edib. 

Bildiririk ki, seminarda iştirak edən şəxslər aşağıda qeyd olunan linkə daxil olmaqla görüşlə bağlı sual, rəy və təkliflərini yaza bilərlər: https://forms.gle/H8ZdKMoMGFSskHFTA

Xəbər lenti