Logo

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında səfərdədir - FOTO

21.05.2022 11:18 413 baxış
IMG

İdil Bulqar dövlətinin İslam dinini qəbul etməsinin 1100 illiyi münasibətilə 19-21 may 2022-ci il tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasında bir sıra tədbirlər keçirilir.

Tehsil.biz xəbər verir ki, Tatarıstan tərəfinin dəvəti əsasında bayram tədbirlərində Azərbaycandan da nümayəndə heyəti iştirak edir.

Azərbaycan Respublikasından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən forum və sammitdə iştirak edirlər. Eyni zamanda A.Şirinov “Rusiya müsəlmanlarının ruhani irsi” adlı IV Beynəlxalq Bolqar Forumu çərçivəsində 21 mayda baş tutacaq “Müasir dövrdə İslam təhsili: çağırışlar, meyillər və imkanlar” mövzusunda sammitdə məruzə ilə çıxış edəcəkdir.

Rusiya Federasiyasının regionları ilə İslam dünyası ölkələri arasında iqtisadi, ticarət, sosial-mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyan sammitdə  65 ölkə və Rusiya Federasiyasının 55 regionundan nümayəndələr qatılıb.

Sammit iştirakçıları, həmçinin Rusiya Federasiyası Dövlət Dumasında Volqa Bulqar dövlətinin İslamı rəsmi qəbul etməsinin 1100 illiyinə həsr olunmuş sərgidə də iştirak ediblər. Sərgidə Volqa boyu İslam dininin inkişaf dövrləri, qədim əlyazma və risalələr, İslam təhsili, dövlət qulluğunda olan müsəlmanlar, Rusiyada İslamın hazırkı durumu haqqında sənədlər, dini tikililərin memarlıq rəsmləri təqdim olunur.

 

Xəbər lenti