Logo

Pakistan Müsəlman Araşdırmaları İnstitutunun direktoru ADU-da olub

21.05.2022 11:39 120 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Pakistanın Müsəlman Araşdırmaları İnstitutunun direktoru Sultan Əli Əhmədlə görüşüb.

"Tehsil.biz"in məlumatına görə, rrektor qeyd edib ki, Azərbaycanda Pakistana böyük sevgi və hörmət var:

“Vətən müharibəmizdə Pakistan dövləti və xalqı bizə böyük mənəvi dəstək oldu. Buna görə hər birimiz minnətdarıq. Vətən müharibəsi günlərində küçələrdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları dalğalanırdı”.

K.Abdulla əlavə edib ki, ADU-da Pakistan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir:

“Mərkəzin açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər iştirak edib. Analoji olaraq Pakistan Müasir Dillər Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb və həmin mərkəzin açılışı olacaq. İnanıram ki, sizin rəhbərlik etdiyiniz Pakistanın Müsəlman Araşdırmaları İnstitutu ilə əməkdaşlığımız gələcəkdə müxtəlif vacib layihələrin həyata keçirilməsi şəklində özünü göstərəcək”.

Pakistanın Müsəlman Araşdırmaları İnstitunun direktoru Sultan Əli Əhməd ADU-da Pakistan Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətini yüksək dəyərləndirib:

“Universitetimizin Azərbaycanın Pakistandakı səfirliyi ilə sıx əlaqəsi var. Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak edir, fikirlərimizi bölüşürük. Azərbaycan Dillər Universiteti xarici dillərin tədrisi sahəsində nüfuzlu ali məktəbdir və geniş beynəlxalq əlaqələri var. İnanıram ki, müxtəlif istiqamətlərdə yaxından əməkdaşlığımız real olacaq”.

Daha sonra qonaq Pakistan Mədəniyyət Mərkəzi ilə tanış olub.

Xəbər lenti