Mayın 25-də “Məktəbəqədər təhsildə uşaqların sosial və emosional bacarıqlarının inkişafı və valideynlərin cəlb olunması" mövzusunda vebinar keçiriləcək.
Təhsil İnstitutundan bildirilib ki, vebinarda spiker qismində Beynəlxalq Montessori Mərkəzinin Təhsil şöbəsi üzrə direktoru Preeti Patel çıxış edəcək.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.