Logo

BMU-da “Neyro-marketinq" mövzusunda təlim keçiriləcək

21.05.2022 12:54 422 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə “Neyro-marketinq” mövzusunda təlim keçiriləcək.

Tehsil.biz xəbər verir ki, təlimçi qismində Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayeva çıxış edəcək.

Hər kəs üçün açıq olan təlim 26 may 2022-ci il tarixində saat 10:30-da (BMU-nun əsas binası, 128-ci otaq) baş tutacaq.

İştirak etmək istəyən şəxslər ad, soyad, universitet və ixtisası 25 may 2022-ci il tarixinə kimi qeyd olunan e-mail ünvanına ([email protected]) göndərməlidir.

Xəbər lenti