Logo

Gömrük Akademiyasının tələbələri Türkiyədə keçirilən seminarda iştirak ediblər - FOTO

21.05.2022 20:29 335 baxış
IMG

Türkiyənin Altınbaş Universitetində "Gələcəyin hüquqşünasları" adlı seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, müxtəlif universitetlərdən hüquqşünasların, alimlərin və tələbələrin qatıldığı seminarda Akademiyanın hal-hazırda mübadilə proqramı ilə həmin universitetdə təhsil alan tələbələri də iştirak ediblər.

Seminarda hüquqşünasların, vəkillərin, müxtəlif sahələrin eskpertlərinin əqli mülkiyyət hüququ, şəxsi məlumatların mühafizəsi, idman hüququ, süni intellekt və robot hüququ, tibb hüququ, rəqəmsal miras hüququ ilə yanaşı hüququn digər fərqli sahələrini əhatə edən çıxışları dinlənilərək bu sahədəki perspektivlər müzakirə olunub.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Xəbər lenti