Logo

BSU və TKTA arasında əməkdaşlıq imkanları müzakirə olunub

21.05.2022 23:19 258 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) olublar.

Tehsil.biz xəbər verir ki, rektor Anar Nağıyev və TKTA-nin İdarə heyətinin sədri Ülkər Səttarova, həmçinin qurumun əməkdaşları arasında keçirilən görüşdə təhsilin keyfiyyətinin təmin olunması, eləcə də Təhsil Nazirliyi tərəfindən maliyyələşən BSU-nun xarici dil müəllimliyi (rus dili) ixtisasının təkmilləşdiriməsi layihəsi çərçivəsində birgə fəaliyyət, əməkdaşlığın digər imkanları müzakirə edilib.

BSU-nun nümayəndə heyəti TKTA-nin inzibati binasında yaradılan şərait və maddi-texniki baza ilə də tanış olublar.

Xəbər lenti