Logo

Tələbələri daşıyan avtobus aşıb: 3 ölü, 41 yaralı - FOTO

22.05.2022 11:18 133 baxış
IMG

Türkiyənin Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində universitet tələbələrini daşıyan avtobus aşıb.

Tehsil.biz TRT-yə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 3 nəfər həyatını itirib, 41 nəfər isə yaralanıb.

Hadisə Türkiyə vaxtı ilə saat 4 radələrində baş verib.

Qəzanı törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.

Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.

Xəbər lenti