Futzal üzrə Azərbaycan çempionatının I liqasında 2021-2022-ci illər mövsümü başa çatıb.
Tehsil.biz xəbər verir ki, sonuncu turda turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Standart” kollektivi ilə qarşılaşan komanda oyunun sonuna 29 saniyə qalmış qapısında top görüb və qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Bununla da Akademiyanın komandası liqanı 65 xalla 3-cü pillədə başa vurub. Bundan başqa, komandanın baş məşqçisi Namiq Quliyev liqanın ən yaxşı baş məşqçisi seçilib.