Logo

Türkiyədən 40 rektor və professorlar Şuşaya gəlir

22.05.2022 16:47 103 baxış
IMG

Türkiyə universitetlərinin 40 rektoru və ölkənin professor heyəti 2-4 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq.

Tehsil.biz Modern.az-a istinadən xəbər verir ki, Türkiyə nümayəndə heyəti Bakı və Şuşaya səfər edəcək.

Səfər çərçivəsində Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçiriləcək. Tədbir Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın himayəsi ilə baş tutacaq.

Beynəlxalq Balkan Universiteti və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək Konqresdə Qarabağın işğaldan azad edilməsi və Xocalı soyqırımı barədə müzakirələr aparılacaq.

Toplantıda Avropa, Türkiyə, Orta Asiya və digər ölkələrdən alimlər iştirak edəcəklər.

Qeyd edək ki, tədbir əvvəllər Malaqa, Qüds, Buxara, Rumıniya və Ankarada təşkil edilib.

Xəbər lenti