"Qəbul imtahanında iştirak etmiş kollec məzunları subbakalavr kimi qeydiyyatdan keçə bilər".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi canlı yayımda Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə sualları cavablandırarkən deyib.
"İyulun 1-dək subbakalavrların Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçmək imkanları var. Müsahibədə həm subbakalavr, həm də abituriyent kimi iştirak etməyə icazə verilir", - sektor müdiri qeyd edib.