"Abituriyentlər imtahana gələrkən onların sənədləri tam qaydasında olmalıdır".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi canlı yayımda Metodiki təminat və təlimlər şöbəsinin müdiri Adıgözəl Həbibov bildirib.
O qeyd edib ki, imtahan binasına qadağan edilmiş əşyalar gətirməməyi tövsiyə edirik:
"İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda yaxınlaşmaq lazımdır".
Şöbə müdiri iki gün ərzində 13 abituriyentdə mobil telefon aşkarlandığını, onların ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacağını da vurğulayıb.