Logo

Yerdəyişmə üzrə vakansiya seçimi başa çatır

23.05.2022 10:07 348 baxış
IMG

23 may saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşacaq.

Tehsil.biz xəbər verir ki, namizədlər həmin tarixədək seçim edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Xəbər lenti