Logo

Yerdəyişmə üzrə vakansiya seçimi mərhələsi başa çatıb

23.05.2022 11:35 416 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib.

Növbəti mərhələdə elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbəri rus dilində oxuyun: Завершился выбор ваканский для переводов учителей

Xəbər lenti