Logo

“Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib - FOTO

23.05.2022 13:05 299 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin və BDU könüllülərinin birgə təşəbbüsü ilə liseyin 6-cı sinif şagirdləri arasında "Şuşa ili"nə həsr olunan "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, iki tur, 30 sualdan ibarət olan oyunun suallarını BDU-nun Kitabxanaçılıq-informasiya  fakültəsi üzrə könüllülərinin sədr müavini Nazənin Tağızadə səsləndirib. Oyunda 4 komanda iştirak edib.

Yarışda I yeri "Ulduz", II yeri "Young Talents" komandası qazanıb. Oyunun sonunda qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.

Xəbər lenti