Logo

“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qaliblər Qalibi” kubokuna layiq görülüb - FOTOLAR

23.05.2022 14:17 471 baxış
IMG

18-20 may tarixlərində keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatında “WorldSkills Azerbaijan”ın aşpazlıq istiqaməti üzrə seçilmiş iştirakçıları 3 komanda ilə təmsil olunaraq, 2 qızıl, 2 gümüş medala və “Qaliblər Qalibi” kubokuna layiq görülüb.

Tehsil.biz xəbər verir ki, ölkə üzrə 25 yaşa qədər “Junior Practical Team” kateqoriyasında yarışan 18 gənc komanda arasında, peşəkarlıq və fərqli üslub sərgiləyən “WorldSkills Azerbaijan”ın iştirakçıları Ümumdünya Kulinariya Təşkilatının (World Association of Chefs’ Societies) hakimləri tərəfindən yüksək qiymətləndirilib.

Çempionat iştirakçılardan 6 nəfər Bakı Turizm Peşə Məktəbi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarıdır.

Xatırladaq ki, “WorldSkills Azerbaijan”nın aşpazlıq istiqaməti üzrə iştirakçıları cari ilin oktyabr ayında keçiriləcək “WorldSkills Shanghai 2022” beynəlxalq yarışda iştirak üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və “CÀSÀ" Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində təlim-təcrübə proqramına cəlb olunublar.

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti