Logo

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

23.05.2022 14:46 221 baxış
IMG

23 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Tehsilı.biz xəbər verir ki, işçi qruplarının iclaslarında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi olub. “Qiymətləndirmə kitabçaları” dərsliklərlə müqayisəli təhlil edilib.

Həmçinin iclaslarda DİM-lə ekspert kimi əməkdaşlıq etmək istəyənlər üçün elektron qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər. Onların hər biri meyarlar əsasında dərsliklərin elmi‑metodik monitorinqi ilə bağlı hazırladıqları nəticələri təqdim edib. Növbəti mərhələ üçün onlara mətnlərin seçilməsi, mətn əsasında tapşırıqların hazırlanması tapşırılıb.

Təqdimatlarla bağlı DİM-in təcrübəli ekspertləri fikir bildirib və təkliflər söyləyiblər. Qeyd edilmiş fikirlər dərsliklərin monitorinqində, eyni zamanda “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.

Xəbər lenti