Logo

BMU tələbələri üçün təlim proqramına qatılmaq fürsəti

07.01.2021 16:34 638 baxış
IMG

Azərbaycan Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” silsilə tədbirləri çərçivəsində 25 yanvar-2 aprel 2021-ci il tarixlərində tələbələr üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlim proqramı həyata keçiriləcək.

 

Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, ali məktəbin   maliyyə-iqtisadiyyat sahəsində təhsil alan IV kurs və magistr tələbələri bu proqramda iştirak edə bilərlər.

 

Təlim proqramı 2 mərhələdən ibarətdir. 25 yanvar-26 fevral tarixlərində Mərkəzi Bank tərəfindən hazırlanmış onlayn kursları uğurla başa vurub sertifikat əldə edən tələbələr ikinci mərhələyə qatılmaq hüququna sahib olacaqlar. İkinci mərhələdə isə tələbələr Mərkəzi Bankın bank-maliyyə qurumları ilə birgə təşkil etdiyi seminarlarda iştirak etmək imkanı qazanacaq.

 

Maraqlanan şəxslər qeydiyyat üçün CV-lərini 18 yanvar 2021-ci il tarixinədək [email protected] ünvanına göndərməlidirlər. Əlavə suallar yarandığı halda +994 12 4935058 (daxili 767) nömrəsi ilə əlaqə saxlamaq (bazar ertəsi və çərşənbə günləri, saat 10:00-dan 17:00-dək) mümkündür.

 

Bildirilib ki, təimlərin virtual və ya fiziki keçirilməsi həmin tarixlərdəki şəraitə uyğun olaraq müəyyən ediləcək.

Xəbər lenti