Logo

BDU-da “Fizika və astronomiya problemləri” adlı XXII Respublika elmi konfransı keçirilib

24.05.2022 09:21 327 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Şuşa ili” çərçivəsində magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” adlı XXII Respublika elmi konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov konfransın işinə uğurlar arzulayıb, fizika və astronomiya sahəsində əsas elmi prioritetləri sadalayıb.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev konfransın gündəliyi barədə məlumat verib, qeyd edib ki, plenar iclasda 4 məruzə dinləniləcək, 6 bölmədə 95 məqalə təqdim ediləcək.

Daha sonra Astrofizika kafedrasının magistrantı Gülər Rüstəmovanın “AG DRA simbiotik ulduzun rəqəmsal spektrlərində H xəttinin tədqiqi”, Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşı, doktorant Orxan  Güləhmədovun “Triboelectric nanogenerators based on the polyurethane and nylon films”, Maddə quruluşu kafedrasının magistrantı Günel  Şahbazovanın “İkifazalı PEQ-limon turşusunun natrium duzu-su sisteminin ayırdetmə qabiliyyətinin məqsədyönlü dəyişdirilməsi”,  Nəzəri fizika kafedrasının magistrantı Məhəmməd Ağayevin “Statistik fizika qanunları ilə nüvə toqquşmalarında kumulantların hesablanması” adlı məruzələri dinlənilib.

Plenar məruzələrdən sonra fakültənin dekanı Bəxtiyar Paşayev məruzəçilərə sertifikatlar təqdim edib.

Xəbər lenti