Logo

7 yaşlı şagirdi maşın vurub öldürdü

24.05.2022 10:29 328 baxış
IMG

Biləsuvarda ölümlə nəticələnən qəza olub.

Lent.az-ın məlumatına görə, hadisə mayın 23-ü saat 13:30-da rayonun Xırmanlı kəndində qeydə alınıb. Tanrıverdiyev Samir Sahib oğlu idarə etdiyi BMW markalı avtomobillə “Rüfət” şadlıq sarayının qarşısında yolu keçmək istəyən 7 yaşlı Yardımlı rayon Alar kənd sakini, məktəbli Bəgəliyev Səccad Səyyad oğlunu vurub. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti