Logo

Bərdədə qəzalı vəziyyətdəki məktəbin damı uçub - FOTO

24.05.2022 12:05 316 baxış
IMG

Bərdə rayonunun Mehdili kəndində qəzalı vəziyyətdə olan məktəb binasında yenidən uçqun olub.

Bizim.Media-nın xəbərinə görə, güclü külək səbəbindən idman zalının dam örtüyü qoparaq yardımçı korpusun üzərinə düşüb.

Həmçinin, binanın bir hissəsi də uçub.

Xatırladaq ki, Mehdili kənd orta məktəbinin binası illərlə qəzalı vəziyyətdə olub və bir neçə dəfə müəyyən hissələri uçub.

Xəbər lenti